EN

Futbolçunun başına təpik vuran qapıçı cəzalandırıldı

İngiltərə Futbol Assosiasiyası (FA) "Milluola" klubunun qapıçısı Liam Robertsi 6 oyunluq cəzalandırıb.

Bu barədə FA-nın mətbuat xidməti məlumat yayıb.

O, İngiltərə Kubokunun 1/8 final mərhələsində "Kristal Pelas"la oyunda (1:3) Can-Filippa Matetanın başına təpiklə vurduğuna görə diskvalifikasiya edilib.

Qolkiperin bu hərəkətindən sonra rəqib hücumçu xəstəxanaya aparılıb və başına 25 tikiş qoyulub.

Qeyd edək ki, "Milluola" İngiltərə II Liqasında 12-ci yerdə qərarlaşıb.

Chosen
3
2
news365.az

3Sources