EN

İsveçrə Suriyaya qarşı sanksiyaları ləğv edib

İsveçrə Federal Şurası Suriyaya qarşı sanksiyaları ləğv edib.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

Bildirilib ki, Avropa ölkəsinin hökuməti Suriyaya qarşı tədbirləri ləğv etmək qərarına gəlib və bununla da Suriya hökumətinin dəyişməsi ilə bağlı Aİ-nin qərarını dəstəkləyib.

“Federal Şura Suriyanın enerji və nəqliyyat sektorlarına qarşı tədbirləri ləğv edib. Bəzi maliyyə xidmətləri və bank əlaqələrinə də yenidən baxılacaq. Bu dəyişikliklərlə Federal Şura Aİ-nin 24 fevral 2025-ci il tarixli qərarına əməl edir və bununla da sanksiyaları yumşaldır”, - bəyanatda qeyd olunub.

QAZİLER.AZ

Chosen
23
qaziler.az

1Sources