EN

Məktəblərdə dərs günlərinin yerləri dəyişdirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 10 mart istirahət gününün yeri 27 mart iş günü ilə dəyişdirilib.Bu barədə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Bildirilib ki, martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə (yəni martın 27-nə) aid dərslər tədris olunmalıdır. Xatırladaq ki, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilməsi ilə bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir. Qeyd edək ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı və 30, 31 mart - Ramazan bayramı iş günləri hesab edilmir. Martın 8-i və 23-ü şənbə, 24-ü və 30-u isə bazar gününə (qeyri-iş günlərinə) təsadüf etdiyindən müvafiq olaraq, martın 10-u, 25-i, 26-sı və aprelin 1-i qeyri-iş günü sayılacaqdı. Ancaq yeni qərarla martın 10-u və aprelin 1-i iş günü, martın 25-i və 26-sı qeyri-iş günü hesab ediləcək. Beləliklə, ölkədə martın 20-dən aprelin 1-dək - yəni 12 gün ardıcıl qeyri-iş günü olacaq.

Chosen
150
6
turanpress.com

10Sources