EN

Britaniya Ukraynaya 1 milyard göndərdi

Ukrayna Böyük Britaniyadan 752 milyon funt (970 milyon ABŞ dolları) məbləğində ilk tranş alıb. Vəsait dondurulmuş Rusiya aktivlərindən əldə edilmiş gəlirlər hesabına təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal Teleqram kanalında məlumat yayıb.

“Bu gün biz G7 ERA təşəbbüsü çərçivəsində 752 milyon funt aldıq. Vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək”, - deyə o yazıb.

Qeyd edək ki, martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniya xəzinəsinin kansleri Reyçel Rivz arasında "G7 Ukrayna üçün qeyri-adi gəlir sürətləndirilməsi" (G7 Extraordinary Revenue Acceleration for Ukraine - ERA) təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə xərclərinə 2,26 milyard funt sterlinq (2,8 milyard dollardan çox) ayrılmasını nəzərdə tutan saziş imzalanıb.

Chosen
2
6
bakivaxti.az

9Sources