EN

Belqradda etirazçılar şəhərin əsas küçəsini bağlayıblar

Serbiyada tələbələr və müxalifət düşüncəli vətəndaşların təşkil etdiyi kütləvi etiraz Belqradın mərkəzi küçəsinin bağlanmasına səbəb olub.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Slaviya meydanından planlaşdırılan dinc yürüş diqqəti cəlb etmək üçün dövlət bayraqlarından, pankartlardan, fitlərdən və nağaralardan istifadə edən etirazçıların Kralya Milana küçəsini bağlaması ilə başlayıb.

Qeyd olunur ki, etirazçıların işə və ya mağazalara getməmək çağırışlarına baxmayaraq, Belqradda həyat əvvəlki qaydada davam edib.

Serbiyada bir neçə aydır ki, kütləvi etirazlar davam edir. Ölkədə etirazlar Novi Sad şəhərinin dəmir yolu vağzalında baş verən insidentlə əlaqədar başlayıb. Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub. Nəticədə onlarla insan yaralanıb.

Etirazçılar dəmiryol vağzalının yenidən qurulması ilə bağlı tam sənədlərin dərc edilməsini, insidentlə əlaqəsi olan məmurların məsuliyyətə cəlb edilməsini, aksiyalar zamanı saxlanılanların hamısının cinayət məsuliyyətindən azad edilməsini tələb edirlər.

QAZİLER.AZ

Chosen
54
1
qaziler.az

2Sources