EN

Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Hərbi Hava Qüvvələri ilk dəfə olaraq döyüş bölgəsində Fransanın tədarük etdiyi "Mirage" döyüş təyyarələrindən istifadə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Telegram" hesabında məlumat verib.
Məlumata görə, təyyarələr Rusiyanın enerji infrastrukturu obyektlərinə hücumlarını dəf etmək üçün istifadə ediliblər.
"Həmçinin qırıcı aviasiya, o cümlədən "F-16" və "Mirage 2000" təyyarələri cəlb edilib", - deyə qərargahdan bildirilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin qeyd edib ki, bu, döyüş şəraitində "Mirage"dən istifadə edildiyi ilk haldır. Baş Qərargah Ukraynanın bundan bir ay əvvəl qırıcıları əldə etdiyini xatırladıb.
Chosen
22
oxu.az

1Sources