EN

Brent markalı neftin bir barreli 71,12 dollara qədər bahalaşıb

Neft qiymətləri cümə axşamına doğru artımını sürətləndirdi, lakin həftəni itkilərlə başa vura bilər.

Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:48-də Londonun ICE Futures birjasında Brent markalı may fyuçerslərinin qiyməti 1,66 dollar (2,38%) bahalaşaraq bir barelə görə 71,12 dollar olub. Bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri NYMEX birjasında 1,59 dollar (2,4%) bahalaşaraq 67,94 dollar/barelə yüksəlmişdi.

Neft qiymətlərinə təzyiq beynəlxalq ticarət perspektivləri ilə bağlı qeyri-müəyyənlik və OPEC+ ölkələrinin neft hasilatının artırılması ilə bağlı gözləntilərdən irəli gəlir.

İnvestorlar qorxurlar ki, ABŞ prezidenti Donald Trampın aqressiv ticarət siyasəti qlobal ticarət müharibəsinə gətirib çıxara bilər və qlobal yanacağa tələbata zərər verə bilər.

Martın 6-da Tramp ABŞ-Meksika-Kanada Azad Ticarət Sazişinin (USMCA) əhatə etdiyi Meksika və Kanada mallarını aprelin 2-dək 25 faizlik tariflərdən azad edən fərman imzalayıb. Bundan əvvəl o, avtomobil idxalına tətbiq edilən tariflərin təxirə salındığını açıqlamışdı.

Rystad Energy analitiki Mukesh Sahdev bildirib ki, bu bir qədər rahatlıq gətirsə də, bazar siyasi qeyri-müəyyənlik və həddindən artıq təkliflə bağlı narahatlıqlar səbəbindən gərgin olaraq qalır.

Chosen
8
fins.az

1Sources