EN

“Mançester Yunayted” azarkeşlərini qara geyinməyə səslədilər

“Mançester Yunayted”in tərəfdar dəstələrindən biri “The 1958” “qırmızı şeytanlar”ın azarkeşlərini qara geyinməyə səsləyib.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, “The 1958” Mançester təmsilçisinin İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Old Trafford”da “Arsenal”ı qəbul edəcəyi oyuna, “klubun ahəstə ölümü münasibətilə” “qırımzı şeytanlar”ın azarkeşlərinə qara libaslarda gəlməyi çağırış edib.

“The 1958” tərəfdar dəstəsinin bəyanatında deyilir:

“Mançester Yunayted” tərəfdarları “Arsenal”la oyun ərəfəsində genişmiqyaslı etiraz yürüşü təşkil etmək, bununla da stadiondakı oturacaqlarda sadəcə nömərədən daha artıq olduqlarını israrla bəyan etmək istəyirlər.

Biz, qara libaslar geyinməyə çağırış edirik ki, bu, klubumuzun nəgəng borcları, qeyri-səmərəli idarəçiliyi və azarkeşlərinin istismarı səbəbləri ilə ahəstə ölümünün rəmzini ifadə etsin”, – çağırışda səslənir.

“The 1958” dəstəsinin sədri Stiv Krompton bildirib:

“Klub bizim gözlərimiz qarşısında ahəstə surətdə can verərək, ölür, həm meydnda və həm də meydanda kənarda. Bunun təqsiri isə xüsisilə komandanın hazırkı sahibinin üzərindədir. Bir çox baxımdan bu, “Mançester Yunayted”in Münhen aviaqəzasından* sonra, üzləşib düçar oldğu ən böyük böhrandır.

Klub geriləyir, çox güman ki, ardınca ancaq daha da pis olacaq. Biz, “Old Trafford”dakı meydan qarşısına çıxıb tərəfimizdən nifrət duyulan Qleyzerlərə və klub tərəfindən tərəfdarlara hücumlara qarşı etirazımızı bildirəcəyimiz zaman, azarkeşləri ayağa qalxmağa, birləşməyə və həmrəylik göstərərək, bizə qoşulmağa səsləyirik”, dəyə Krompton çağırış edib.

Xatırladaq ki, “Mançester Yunayted” – “Arsenal” oyunu martın 9-da keçiriləcək. Hakim oyunun başlanğıc fitini Bakı vaxtı ilə saat 20:30-da səsləndirəcək.

Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 27 oyununda 33 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə əsas namizədlərdən biri olaraq qəbul edilirlər.

*Qeyd:
1958-ci ilin fevral ayının 6-da Münhendə “Mançester Yunayted” heyətinin üzvlərinin yer aldığı təyyarənin qəzaya uğraması ilə “qırmızı şeytanlar” ağır itki yaşamışdırlar. Klub heyətinin böyük hissəsini itirmiş, İngiltərə və Avropa futbolunun səhnəsindən bir müddət uzaq düşmüşdü.

Chosen
40
arena.az

1Sources