EN

Salaha əvəzləyici tapıldı

"Yuventus"un vingeri Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az "TuttoJuve"yə istinadən xəbər verir ki, "Liverpul" klubu yay transfer pəncərəsində 19 yaşlı futbolçu üçün 80 milyon avro təklif etməyə hazırdır.

Mersisaydlılar türk futbolçunu “qırmızılar”la müqaviləsi gələn ilin yayında başa çatacaq 32 yaşlı cinah hücumçusu Məhəmməd Salahın əvəzləyicisi kimi görür.

Turin klubunun Yıldız üçün 100 milyon avro almaq istədiyi vurğulanır.

Bu mövsüm 19 yaşlı hücumçu bütün turnirlərdə 40 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Chosen
18
90deqiqe.az

1Sources