EN

ABŞ-də kəpənək populyasiyası 20 ildə 22%AZALIB

ABŞ-li alimlər 2000-2020-ci illər arasında ölkə üzrə kəpənək populyasiyasının 22% azaldığını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, "Science Daily" xəbər portalının məlumatına görə, tədqiqat çərçivəsində 76 min araşdırmadan toplanan 12,6 milyon məlumat analiz edilib.

Alimlər 342 kəpənək növünün say dəyişikliyini qiymətləndirərək, onların illər ərzində azalmasını və ən çox təsirlənən növləri müəyyən ediblər.

Araşdırma ABŞ-də müşahidə olunan 107 fərqli kəpənək növünün 50%-dən çox azaldığını, bəzi növlərin isə 98%-ə qədər yox olduğunu ortaya qoyub.

Mütəxəssislər bu azalmanın əsas səbəbləri kimi yaşayış mühitinin məhv edilməsi, pestisidlər və iqlim dəyişikliyini göstəriblər.

Kəpənəklərin ekosistem üçün həyati əhəmiyyət daşıdığını vurğulayan alimlər, onların sürətli çoxalma qabiliyyətinə görə müvafiq qoruma tədbirləri ilə populyasiyanın yenidən bərpa oluna biləcəyini bildiriblər.

Kənan YUSİF 

Chosen
38
redaktor.az

1Sources