1.İmmuniteti gücləndirmək üçün
Bal və zəncəfil qarışığı-soyuqdəymə və boğaz ağrısını aradan qaldırmaq üçün istifadə olunur.
İtburnu çayı - C vitamini ilə zəngin olduğuna görə immuniteti gücləndirir.
2.Soyuqdəymə və qrip üçün
Şüyüd və nanə çayı - bəlğəmgətirici və sakitləşdirici təsir göstərir.
3.Mədə və həzm problemləri üçün
Zəncəfil və limon çayı - ürəkbulanmanı və həzmsizliyi aradan qaldırır.
Kətan toxumu və qatıq - mədə qıcqırmasını və qəbizliyi azaltdığına görə istifadə edilir.
Türkəçarə metodların insan orqanizminə təsiri mövzusunda terapevt Rasif Bağırov Olaylar qəzetinə açıqlama verib. Terapevt fiziki terapiya üçün olan türkəçarə metodlardan danışıb:
"Türkəçarə metodlardan vaxtilə müasir müalicə üsulları olmadığı bir dövrdə insanlar xəstəliklərdən qurtulmaqdan ötrü istifadə edirdilər. Həmin təcrübələr kimdəsə müəyyən effektlər yaratsa insanlar da həmin effektlərdən məcbur olub istifadə edirdilər. Elm, sivilizasiya inkişaf etdikcə insanlarda artıq hər bir xəstəliyin, hər bir müalicə metodu haqqında bilikləri yaranır. Xəstəlik necə yaranır, hardan gəlir kimi suallara cavab tapırlar. Elm bu şəkildə inkişaf etdikcə də insanlara məlum oldu ki, bəzi türkəçarə formada aparılan müalicə üsulları heç də faydalı deyil. Bizdə türkəçarə metodlarının sayı həddindən artıq çoxdur. Bəzi üsullar var ki, sözün əsl mənasında xəstələrdə müəyyən problemlər yarada bilir. Bəzi insanlar eyni üsuldan istifadə edir. Biri deyir ki, "mən elədim, yaxşı oldu", digəri deyir ki," mən elədim, pis oldu". Hər orqanizmə təsir müxtəlifdir.
Türkəçarə metodlardan biri banka qoymaqdır. Uşaqdan böyüyə, hər kəsə xəstə olanda banka qoyulur. Ümumiyyətlə banka qoymaq düzgün məsələ deyil. Nə üçün? Çünki banka qoyulduqdan sonra dərinin altında yaranan o qırmızı rəngdə ləkə-hemoqlobin sonra dərinin altında methomoqlobinə çevrilir. Methemoqlobin insan orqanizmi üçün zəhərdir. O tədricən bədənə sorulur. Əgər kimin bədənində immun sistem normal deyilsə həmin insanlarda sistem xəstəlikləri yaratmağa başlayır. Sistem xəstəlikləri çətin müalicə olunan və yaxud da müalicə olunmayan xəstəliklərdir. Başqa bir nümunə çəksək məsələn, insanın boğazı şişəndə deyirlər ki, "filankəs yaxşı boğaz basır", gedirlər həmin şəxsin yanına. Xəstənin iltihab olan boğazını müxtəlif üsullarla basırlar ki, "biz burdan infeksiyanı çıxardaq". Bəzi hallarda bu üsulla orda olan infeksiyanı arterial qanın içərisinə keçirirlər, nəticədə təzyiq nəticəsində beyində ensofalit verir, vurur, xəstəni öldürür. Belə hallara çox rast gəlindiyinə görə tibb elmi indi boğaz basılmasını qadağan edib. Digər bir nümunə boyun masajıdır. Boyunun, fəqərənin masajları olur. Bəzən elə edirlər ki, boyunda yırtığın sayını artırırlar və yaxud da ölçüsünü böyüdürlər və ya ümumiyyətlə, xəstənin yuxarı ətrafı tamamilə işsiz qalır. Tibbi cəhətdən öz əsasını tapmayan işləri eləmək düzgün deyil. Bu üsullarla insanlar öz sağlamlıqlarını risk etməməlidirlər".
Türkəçarə üsulların bəziləri təsirli olsa da, ciddi xəstəliklərdə mütləq həkimlə məsləhətləşmək vacibdir. Xalq təbabətini düzgün və elmi tibblə birlikdə istifadə etmək ən yaxşı seçimdir.
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31