EN

Mareska Palmerin qol vurmaqda çətinlik yaşadığı seriyanı şərh etdi

"Çelsi"nin futbolçusu Koul Palmer sonuncu dəfə yanvarın 14-də qol vurub. O vaxtdan bəri futbolçu heç bir qol vurmayıb.

90deqiqe.Az-ın məlumatına görə,“təqaüdçülər”in baş məşqçisi Enzo Mareska bu məsələyə münasibət bildirib.

"Qol vurduqda, təbii ki, daha xoşbəxt olursan, çünki qollar komandanın qələbə qazanmasına kömək edir. Amma ümumilikdə Koul yaxşıdır. O, xoşbəxtdir və bu müddət ərzində qol vurmağın ona çətin olduğunu anlayır. O, mövsüm boyunca belə bir seriyanın baş verməsinin normal olduğunu da qəbul edir. Palmer məşqdə yaxşıdır, fantastik görünür."

 "Çelsi"nin növbəti oyunu bazar günü evdə "Lester"ə qarşı olacaq.

Chosen
20
90deqiqe.az

1Sources