EN

Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşovla görüş keçirib.
 
ARVK-dən bildirilib ki, görüşdə layihənin idarəçi rəhbərlərindən biri olan Kollegiya sədri Anar Bağırov Səbuhi Göyüşovu müsabiqənin qalibləri sırasında yer alması münasibətilə təbrik edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, onun uğurunu yüksək qiymətləndirib və bu cür proqramların ölkəmizdə istedadlı gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
 
Eyni zamanda, sədr Səbuhi Göyüşovun mentorluq proqramı çərçivəsində idarəçilik sahəsində təcrübəsinin artırılması üçün ARVK tərəfindən zəruri dəstək göstəriləcəyini, birillik fərdi inkişaf planı əsasında onunla sıx əməkdaşlıq ediləcəyini, habelə öz təcrübəsini bölüşərək potensialını üzə çıxarmasına kömək olacağını bildirib.
Chosen
31
6
moderator.az

8Sources