Neymar Kolumbiya və Argentinaya qarşı keçiriləcək dünya çempionatının seçmə oyunları üçün 17 ay fasilədən sonra Braziliya yığmasına geri çağırılıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "Santos"un forvardı 2023-cü ilin oktyabrında Uruqvaya qarşı dizindən zədə aldıqdan sonra "Selecao"da meydana çıxmayıb.
33 yaşlı futbolçu Braziliya çempionatında 7 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Barselona" və PSJ-nin keçmiş oyunçusu bir il yarımdır yığmaya çağırılmırdı.
Neymar Braziliya yığmasının heyətində sonuncu oyununu 2023-cü il oktyabrın 18-də keçirib.
Fidan
Milli.Az