EN

"Müharibənin sona çatmasını istəyirik" - Sibiqa

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Bu barədə Sibiqa “X” platformasındakı paylaşımda bildirib.

Tərəflər yaxınlaşan Ukrayna-ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünü müzakirə ediblər.

“Ukrayna müharibənin sona çatmasını istəyir və ABŞ-nin liderliyi daimi sülhün əldə olunmasında vacibdir. Həmçinin, ikitərəfli əməkdaşlığımızı irəlilətmək yollarını müzakirə etdik”, - deyə XİN rəhbəri vurğulayıb.

Chosen
32
5
news365.az

8Sources