EN

Cənubi Karolinada ilk dəfə məhkum güllələnmə yolu ilə edam ediləcək

2002-ci ildə ikiqat qətl törətməkdə günahlandırılan Cənubi Karolina ştatından olan məhbus nadir olan güllələnmə yolu ilə edam olunacaq. Bu cür edam üsulu ştatda heç vaxt istifadə olunmayıb.

Herbiand.az bildirir ki, bu barədə NBC News xəbər verir.

Əgər Qubernatorluq administrasiyası və ya ABŞ Ali Məhkəməsi hökmü son dəqiqə təxirə salmasa, Siqmon Kolumbiyadakı Brod-River islah müəssisəsində edam ediləcək. 67 yaşlı Siqmon dövlət tərəfindən edam edilən ən yaşlı məhbus olacaq. Onun vəkili Cerald King hökumətdən bağışlanılmasını istəyib.

Ştatın qubernatoru Henri Makmaster Siqmonun həbsxanada həyatını dəyişdiyini, özünü xristian inancına həsr etdiyini və artıq həbsxanada təhlükə yaratmadığını əmin edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
52
herbiand.az

1Sources