EN

Belarus və Myanma arasında əməkdaşlığa dair sənədlər paketi imzalanıb



Belarus və Myanma arasında əməkdaşlığa dair sənədlər paketi imzalanıb. BELTA xəbər verir ki, iki ölkənin liderləri Aleksandr Lukaşenko və Min Aunq Hlainqin iştirakı ilə imzalanmış beynəlxalq müqavilələrin və digər rəsmi beynəlxalq sənədlərin mətnlərinin mübadiləsi mərasimi keçirilib.Belarus-Myanma əməkdaşlığının inkişafı üzrə birgə fəaliyyətə dair niyyət memorandumu imzalanıb.Məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında müqavilə bağlanıb.

Belarusun İdman və Turizm Nazirliyi ilə Myanmanın İdman və Gənclər Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb.Belarus Ədliyyə Nazirliyi və Myanma Hüquq İşləri Nazirliyi əməkdaşlıq sazişi imzalayıb.

Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi ilə Myanmanın Kənd Təsərrüfatı, Heyvandarlıq və Suvarma Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

aia.az
Tərcümə şöbəsi



Chosen
47
aia.az

1Sources