EN

Qalmaqallı klinika dövlət sənədini niyə tanımır?

“Səhiyyə Nazirliyi tərəfindən “Laser Beauty Estetik” klinikası MMC-də yoxlama keçirilib”.

Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 2025-ci ilin martın martın 7-də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən “Laser Beauty Estetik” klinikasında plandankənar yoxlama keçirilib:

“Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Estetik” klinikasının həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.

Lakin orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.

Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “Laser Beauty Estetik” klinikasına inzibati xəta haqqında protokol tərtib edilmiş və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilmişdir”.

***19:45

Bir müddət əvvəl fəaliyyətində nöqsanlar aşkar edilən və lisenziyasının dayandırılması ilə bağlı müraciət edilmiş qalmaqallı klinika fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı Oxu.Az “Laser Beauty Estetik” klinikasına sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq klinikanın informasiya şöbəsinin rəhbəri Kəmalə Əsədova deyib ki, fəaliyyətin dayandırması ilə bağlı onlara heç bir məktub və ya bildiriş gəlməyib.

O bildirib ki, belə bir məktub almadıqlarına görə hazırda fəaliyyətlərini davam etdirirlər.

K.Əsədova qeyd edib ki, klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərləri mediada görüblər:

“Biz bundan sonra Səhiyyə Nazirliyinə müraciət etmişik, amma hələ bizə geri dönüş olmayıb. Buna görə də hazırda fəaliyyətimizi davam etdiririk”.

“Biz şəhərin mərkəzində fəaliyyət göstəririk. Bizə lisenziyamızın dayandırılması ilə bağlı bildiriş, məktub gəlsə idi, fəaliyyətimizi dayandırardıq. Analitik Ekspertiza Mərkəzi klinikamızda mütəmadi yoxlamalar aparır. Kiçik nöqsanlar aşkarlandıqdan sonra klinikada təkrar yoxlama aparılıb və nöqsanların aradan qaldırıldığı görülüb”, – deyə o əlavə edib.

Qeyd edək ki, Oxu.Az İqtisadiyyat Nazirliyi tərəfindən “Laser Beauty Estetik” klinikasına lisenziyasının dayandırılması ilə bağlı göndərilmiş sənədi əldə edib.

Chosen
105
9
minval.info

10Sources