EN

Türkiyə XİN Suriyadakı hadisələrlə bağlı açıqlama verib

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Latakiya və ətraflarında baş verən hadisələrə reaksiya verilib.

Suriyada təhlükəsizlik və sabitliyin bərqərar olması üçün intensiv səy göstərildiyi vurğulanan açıqlamada , "Belə kritik bir zamanda Latakiya və ətrafdakı gərginlik və təhlükəsizlik qüvvələrinin hədəf alınması, Suriyanı birlik və həmrəyliklə gələcəyə daşıma səylərinə zərər verə bilər", - deyə qeyd edilib.

Bu cür təxribatların Suriya və bölgənin sülhü üçün təhdid halına gəlməsinə icazə verilməyəcəyi bildirilən açıqlamada, "Suriyalıların sülh və rifah içində yaşamaq haqqını hədəf alan hər cür hərəkətə qarşıyıq. Türkiyə Suriya xalqının və idarəçiliyinin yanında olmağa davam edəcək", - deyə məlumatda bildirilir.

Chosen
25
aznews.az

1Sources