Kaluqadakı “PSMA Rus” zavodu öz brendi Rosva Motors altında avtomobillər istehsal etməyə başlayıb.
İddia olunur ki, indiyədək bu brend altında yalnız bir model istehsal edilib və o da dövlət sifarişləri üçün nəzərdə tutulub. Avtomobilin ön hissəsinin bir parçasını göstərən yeganə geniş yayılmış fotoşəkilə əsasən, Rosva nişanı “PSMA Rus”-da idxal olunan Çin avtomobil dəstlərindən yığılan Citroen C5 Aircross-a verilib.
SİA-nın məlumatına görə, “PSMA Rus” zavodunun operatoru hazırda “Avtomobilnıye Texnologiya” şirkətidir.Rosva brendinin qeydiyyatı haqqında məlumat ilk dəfə 2024-cü ildə ortaya çıxıb.
Nazlı Almuradova