EN

Hollandiyada Ukrayna üçün 3,5 milyard avroluq yeni yardım paketi müzakirə olunur

Hollandiya hökuməti 2026-cı ildə Ukraynaya 3,5 milyard avroluq yeni yardım paketini müzakirə edir. Bu barədə martın 6-da NOS məlumat yayıb.

Məlumata görə, koalisiya sazişində Niderlandın Ukraynanı “şərtsiz” dəstəkləyəcəyi qeyd edilib. Parlamentdəki debatda Baş nazir Dik Schoof bildirib ki, Hollandiyadan yardımın ümumi məbləği artıq 5,8 milyard avroya bərabərdir.

Media onu da qeyd edir ki, koalisiya daxilində hələ də tam razılıq yoxdur. Xüsusən də “Azadlıq Partiyası”nın lideri Geert Vilders bəyan edib ki, onun partiyası belə bir məbləğin ayrılmasına vətəndaşların ərzaq və kommunal xərclərinin azaldılması üçün də addımlar atılması şərti ilə razılaşacaq.
Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri Dilan Yeşilgöz-Zegerius bunu alıcılıq qabiliyyəti ilə Ukraynaya dəstək arasında “yalançı dixotomiya” adlandırıb. “Əgər siz Hollandiya xalqının təhlükəsizliyinə sərmayə qoyursunuzsa, bu, vətəndaşlar üçün yüksək xərclərə əhəmiyyət vermədiyiniz demək deyil” – deyib.
Vilders cavab verib ki, belə bir bəyanat yanlışdır, çünki “müdafiə və insanların rifahı ilə bağlı məsələlərin bir-birinə bağlı olması faktını gözardı etmək olmaz”.

//Samir Qurbanov, Editor.az

Chosen
7
editor.az

1Sources