"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya nəhəngindən potensial gedişi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə Ciacomo Porettinin podkastında deyib.
“Mən heç vaxt buradan getmək barədə qərar verməyəcəyəm, bunu prezident edəcək. Belə qərarlar qəbul etmirəm. Gec-tez bu baş verəcək”,
65 yaşlı mütəxəssisin Kral Klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Daha əvvəl mətbuatda "Real Madrid"in Ançelottinin potensial əvəzləyicisi kimi hazırda "Bayer"ə başçılıq edən Xabi Alonsonu nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.
İspaniya Primerasının 26 turundan sonra aktivində 54 xalı olan “qaymaqlılar” üçüncü pillədə qərarlaşıb.