Yaz ayları allergiyası olanlar üçün əlverişsiz mövsüm sayılır və xəstəlik daha geniş yayılır.
Həkim Pərvanə Mustafayeva Hit.az- deyib ki, məişət tozu allergenlər toplusundan ibarətdir və onlardan ən əsası məişət tozu gənəsidir.
Həmin gənələr adi halda gözlə görünməyən 0,3 millimetr diametrində olan çox xırda buğumayaqlılardır.
Onlar məişət tozunun xeyli hissəsini təşkil edən insan dərisindən qopan pulcuqlarla qidalanır:
"Allergiya əlamətləri bütün ilboyu hiss olunur, havanın nəmliyinin daha ⁶yüksək olduğu payız və qış aylarında xəstələr özlərini daha pis hiss edirlər. El arasında yaz allergiyası kimi tanınan xəstəlik bitkilərin çiçəklənməsinə qarşı həssas olan allergik rinitdir. Tozlanma nəticəsində bitkilərdən havaya yayılan toz hissəcikləri ağız, burun, gözlər vasitəsilə qəbul edilərək xəstəliyə səbəb olur. Ağacların allergik insanlara təsiri fevraldan may ayına, otların maydan iyuna, alaq otlarının isə yazın ortalarından payıza qədərdir.belə xəstələr allerqoloqa müraciət edərək müalicə olunmalı və dərman preparatları qəbul etməməlidirlər".
Sevinc