EN

Cənubi Koreyanın keçmiş prezidenti Yun Seok-Yeol həbsdən azad edilib

Renhap” xəbər agentliyi bildirir ki, Cənubi Koreyanın keçmiş prezidenti Yun Seok-Yeol həbsdən azad edilib. Məhkəmə onun həbsin götürülməsi barədə vəsatətini təmin edib.

Qeyd edək ki, ötən il dekabrın 14-də parlament Yun Seok-Yeola impiçment elan edib. Yanvarın 19-da məhkəmə onun konstitusiya quruluşuna qarşı üsyan ittihamı ilə həbs edilməsi barədə qərar çıxarıb və yanvarın 15-də həbs edilib. Keçmiş prezident daha sonra Seul Mərkəzi Dairə Məhkəməsinə dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamların qanuniliyinə etiraz edən vəsatət qaldırıb.

Məhkəmə onun arqumentləri ilə razılaşaraq, sabiq dövlət başçısının azadlığa çıxmasına icazə verib.

//Samir Qurbanov, Editor.az

Chosen
27
editor.az

1Sources