EN

Hindistan Rusiyadan hərbi texnika aldı – ABŞ-dan reaksiya

Hindistan

Hindistan ordunun xidmətində olan T-72 tankları üçün mühərriklərin alınmasına 248 milyon dollar xərcləyəcək.

Xalqcebhesi.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi bununla bağlı Rusiyanın “Rosoboroneksport” şirkəti ilə müqavilə imzalandığı barədə məlumat yayıb.

“Tank parkını gücləndirən Müdafiə Nazirliyi Rusiyanın “Rosoboroneksport” şirkəti ilə 1000 at gücünə malik mühərriklərin alınması üçün 248 milyon dollarlıq müqavilə imzalayıb”, - məlumatda bildirilib.

Hazırda Hindistan ordusundakı tankların mühərriki 780 at gücündədir, yeni mühərriklərlə T-72-lər modernləşdiriləcək.

Saziş həmçinin müdafiə sektorunda “Hindistanda istehsal et” təşəbbüsünü təşviq etmək üçün texnologiyanın Çennai yaxınlığındakı “Armored Vehicles Nigam Limited” ağır avtomobil zavoduna ötürülməsini nəzərdə tutur.

Qeyd edək ki, ABŞ-ın ticarət naziri Hovard Lutnik bugünkü açıqlamasında Hindistanın Rusiyadan silah alması və ABŞ dollarını “əvəz etmək” məqsədi daşıyan BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ittifaqında iştirakını mövcud Hind-ABŞ münasibətləri üçün maneə adlandırıb.

Chosen
16
1
xalqcebhesi.az

2Sources