EN

AfD Almaniyanın nüvə dövlətinə çevrilməsini tələb edir

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının siyasətçiləri Almaniyanın nüvə dövlətinə çevrilmAlmaniyanın nüvə dövlətinə çevrilmələli olduğuna inanırlar.

Hit.az xəbər verir ki, bu barədə partiyada müdafiə məsələləri ilə məşğul olan Bundestaqın AfD üzvü Rüdiger Lukassen Almaniyanın T-online portalına müsahibəsində bildirib.

“Əgər Amerikanın nüvə qalxanı artıq olmasa, Avropa təkbaşına hərəkət etməli olacaq. Almaniyanın öz nüvə qarşısının alınması imkanları – Avropanın strateji muxtariyyəti və öz hərbi və komandanlıq strukturuna malik kollektiv təhlükəsizlik sistemi çərçivəsində olmalıdır”, deyə deputat bildirib.

Həmin müsahibədə o, Almaniyanın həm kişilər, həm də qadınlar üçün hərbi xidmətə çağırışını bərpa etməli olduğunu bildirib.

Digər AfD üzvləri də son günlər Almaniya üçün nüvə silahı haqqında danışıblar. Bundestaqın AfD üzvü Hannes Qnauk deyib: "Almaniyanın öz nüvə qalxanına ehtiyacı var".

Onun fikrincə, əgər ABŞ həqiqətən də NATO-dan çıxmaq qərarına gəlsə, Almaniya alyansda liderliyi öz üzərinə götürməli olacaq.

Samir

Chosen
19
hit.az

1Sources