EN

İlon Mask Ağ Evdə mübahisə başlatdı

Milyarder İlon Mask, ABŞ dövlət katibi Marko Rubio və nəqliyyat naziri Şon Daffi arasında ABŞ Nazirlər Kabinetinin iclasında qızğın mübahisə yaşanıb.

"Unikal" xəbər verir ki, Mask Rubionu Dövlət Departamentində ixtisarların olmamasında günahlandırıb və buna cavab olaraq 1500-dən çox işçinin erkən pensiya proqramı çərçivəsində getdiyini söyləyib.

Mask komandasının hava nəqliyyatı dispetçerlərini ixtisar etmək planları ilə bağlı nəqliyyat naziri ilə mübahisə edib. Daffi bildirib ki, o, artıq hava qəzaları ilə bağlı problemləri var və ixtisarlar vəziyyəti daha da pisləşdirəcək. Mask onun sözlərini “yalan” adlandırıb.

Münaqişələri izləyən prezident Donald Tramp sonda müdaxilə edərək Rubionun “böyük iş gördüyünü”. O, nazirləri və Maskı hökumət aparatında islahatlara daha balanslı yanaşmağa çağırıb.

Chosen
11
unikal.az

1Sources