EN

Təslimiyyət qərarı: Ukrayna təhvil verilir

“ABŞ Prezidenti Donald Tramp Ukraynanı kapitulyasiyaya məcbur edir”.

”Bakuinfo”  xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Ağ Ev rəhbəri Rusiya ilə atəşkəsə getdikdən sonra Kiyevlə nadir torpaq metalları barədə saziş imzalayacağını vurğulayıb:

“ABŞ Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandırdıqdan sonra Rusiyanın kütləvi raket zərbələri müşahidə olunur. Bu, Trampın razılığı ilə Kiyevi təslimiyyətə məcbur etmək deməkdir. Ukraynadan atəşkəs tələb edən ABŞ prezidenti Rusiyanın son addımlarına səssiz qalır. Tramp administrasiyası Ukraynanı Rusiyaya təhvil verməklə ölkəsinin geopolitik mövqeyini sarsıdır”.

Ekspert bildirib ki, Avropa ölkələri ilə ABŞ arasında siyasi və təhlükəsizlik bağları qırılıb:

“Böyük Britaniya, Fransa, Almaniya və Türkiyə Ukrayna məsələsində həlledici rol almasalar, Rusiya Trampın razılığı ilə buranı işğal edəcək. Avropa ölkələri iki ay ərzində qətiyyətli mövqe ortaya qoymayıb Ukraynaya sülhməramlı göndərməsə, Kiyev süqut edəcək”.

Chosen
34
1
bakuinfo.net

2Sources