"Barselona"nın qapıçısı İnaki Pena karyerasını Fransanın PSJ klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən verdiyi xəbərə görə, Paris klubu onun transferini Canluici Donnarummanın mümkün gedişi halında əvəzedici variant kimi nəzərdən keçirir.
Bu mövsüm "Barselona"nın 26 yaşlı yetirməsi bütün yarışlarda 22 oyun keçirib, 25 qol buraxıb və altı dəfə qapısını təmiz saxlayıb. Penanın "Barselona" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini on milyon avro qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Penya ilə kataloniyalıların baş məşqçisi Hans-Diter Flik arasında çətin münasibətlərin olması ilə bağlı xəbərlər yayılmışdı.