EN

Slovakiyada etiraz aksiyaları keçirildi

Slovakiyada Baş nazir Robert Fitso hökumətinin siyasətinə qarşı minlərlə fəalın iştirak etdiyi etiraz aksiyaları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.

Etiraz aksiyaları “Slovakiya Avropadır!” şüarı altında keçirilib.

Aksiya iştirakçıları Nazirlər Kabinetinin xarici siyasətini tənqid ediblər, onların fikrincə, bu, respublikanın Avropa İttifaqı və NATO-da təcrid olunmasına gətirib çıxarır.

Təşkilatçıların sözlərinə görə, etirazlar 44 şəhərdə olub. Onlar təkcə Slovakiyada deyil, həm də xaricdə, xüsusən də London və Amsterdamda baş tutub. Təkcə Bratislavada keçirilən mitinqə 11 minə yaxın fəal toplaşıb.

Chosen
38
2
qafqazinfo.az

6Sources