EN

Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Rusiya silahlı qüvvələri Tu-95MS strateji bombardmançı təyyarələrini səmaya qaldırıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. “Diqqət! Bir qrup Tu-95 təyyarəsi Olenya aerodromundan (Rusiya Federasiyası, Murmansk vilayəti) havaya qalxıb! Hava hücumu xəbərdarlığı olarsa, sığınacaqlara yönəlin!” – mesajda deyilir.

Səmaya qaldırılan təyyarələrin dəqiq sayı açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
17
editor.az

1Sources