Müğənni Ayan Babakişiyevanın marketdən aldığı şokoladdan qurd çıxıb.
Sfera.az xəbər verir ki, sənətçi həmin görüntünü sosial şəbəkədə paylaşıb.
O bildirib ki, bu gün "Bazarstore"dan aldığı şokolad köhnə çıxıb:
"Buna baxın, aralayıram içindən nələr çıxır. Əməlli, bildiyiniz qurdlardı. "Bazarstore"la heç bir problemim yoxdur, hər zaman buradan alıram. Amma xoşagəlməz haldır. Bir dəfə də belə hal yaşamışdım". (axsam.az)