EN

“MY” ona görə 40 milyon avro təklif edib

 "Real Madrid"in qapıçısı Andriy Lunin karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az-ın "El Chiringuito"ya istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” ukraynalı qolkiperin xidmətində maraqladır.

İngiltərə nəhəngi  26 yaşlı oyunçunun transferi üçün 40 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında artıq danışıqlar başlayıb.

Bu mövsüm qapıçı bütün turnirlərdə doqquz matçda iştirak edib, dörd qapısını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Chosen
29
90deqiqe.az

1Sources