EN

Qazaxda təqaüddə olan müəllim Məhəmməd Vəkilovun 75 illik yubileyi qeyd olunub - Fotolar 

Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayıran, bu sahədə çalışan insanlara qayğı göstərən, müəllim əməyini hər zaman yüksək qiymətləndirən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov illər öncə əsası qoyulan ənənəni bu gün də davam etdirir...

Öz ənənəsinə sadiq qalan rayon rəhbəri təqaüddə olan müəllimləri də unutmur. Uzun illər təhsil sahəsində çalışmış, müəllim kimi neçə-neçə şagird yetirmiş, təqaüddə olan tarix müəllimi, Yuxarı Salahlı kənd sakini Vəkilov Məhəmməd Məmməd oğlunun doğum günü və 75 illik yubileyi də unudulmayıb.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yubilyarın vaxtilə çalışdığı Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbdə bu əlamətdar gün münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, yubilyarın vaxtilə müəllim kimi çalışdığı Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin müəllim-şagird kollektivi, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əvvəlcə tədbirdə iştirak edən xanımları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, xoş təbriklərini çatdırıb. Müqəddəs Ramazan ayının başlanması münasibətilə səmimi ürək sözlərini səsləndirib. Uzun müddət təhsil sahəsində çalışmış təqaüddə olan müəllim Məhəmməd Vəkilovu 75 illik yubileyi münasibətilə təbrik edən icra başçısı ona möhkəm cansağlığı arzulayıb, ünvanına səmimi ürək sözlərini səsləndirib. İcra başçısı bildirib ki, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışan icra başçısı həmin qələbədə təhsil işçilərinin də böyük əməyinin olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının da çıxışlarında vurğuladığı kimi, biz bu qələbəni vətənpərvər gənclərimizin sayəsində əldə etdik. O gənclər ki, onların vətənpərvər ruhda böyümələrində, tərbiyə almalarında validyenlərlə yanaşı, müəllimlərimizin də böyük əməyi var. Xüsusilə də torpaqlarımız işğal olunandan sonra dünyaya göz açan uşaqlarda, gənc və yeniyetmələrdə vətənpərvərlik hissinin formalaşmasında müəllimlərimizin üzərinə böyük məsuliyyət düşürdü ki, onlar bu işin öhdəsindən layiqincə gəldilər. Necə ki, biz 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində bunun bir daha şahidi olduq. “Fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, təhsil sahəsində çalışan insanlara, dəyərli müəllimlərimizə qayğı göstərim, onların əməyinə qiymət verim. Bu gün də özümə borc bildim ki, Məhəmməd Vəkilov kimi dəyərli müəllimi, ziyalımızı onun əlamətdar günündə, doğum günündə 75 illik yubileyi münasibətilə təbrik edim. Məhəmməd müəllimin keçdiyi yol, bilik və təcrübəsi bugünkü gənc müəllimlərimizə nümunədir. Məhəmməd müəllim və onun kimi digər müəllimlərimiz təqaüddə olsalar belə hər zaman onlara böyük ehtiyac vardır”, - deyən icra başçısı dəyərli ziyalımıza bir daha cansağlığı arzulayıb, ünvanına səmimi ürək sözlərini səsləndirib.

Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin direktoru Məhəmməd Qocayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məktəbin tarix müəllimi olmuş Məhəmməd Vəkilovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edib, ünvanına səmimi ürək sözlərini çatdırıb. Məktəb direktoru Məhəmməd müəllimlə bağlı xatirələrini bölüşüb, onun müəllimlik fəaliyyətində göstərdiyi xidmətlərdən söz açıb. Vaxtilə ona dərs demiş Məhəmməd Vəkilov kimi bir ziyalı ilə sonra eyni məktəbdə müəllim yoldaşı olaraq çalışdığı üçün özünü şanslı hesab etdiyini qeyd edib. Məhəmməd müəllimin yubiley tədbirinin belə yüksək səviyyədə təşkil olunmasına görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev öz növbəsində uzun illər təhsilə xidmət edən Məhəmməd müəllimi yubileyi münasibətilə təbrik edib, ona cansağlığı arzulayıb. R.Rzayev fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına, müəllimlərə, onların əməyinə verdiyi dəyərə, qiymətə, məktəblilərə olan səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür edib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan qayğılarının Qazax rayonunda olduğu kimi davam etdirildiyini, bugünkü görüşün, keçirilən yubiley tədbirinin də bunun əyani sübutu olduğunu söyləyib.

Uzun müddət Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbdə kimya müəllimi işləmiş, təqaüddə olan müəllim Məmləkət Quliyeva çıxış edərək yubilyara, vaxtilə çiyin-çiyinə çalışdığı müəllim yoldaşına səmimi təbriklərini çatdırıb. Müəllim peşəsinin çətin və şərəfli peşə olduğunu qeyd edən M.Quliyeva Məhəmməd Vəkilovun fəaliyyəti dövründə nümunəvi müəllim kimi hər zaman seçildiyini, gənc müəllimlərə örnək olduğunu, onun yetişdirdiyi şagirdlərin səsinin ən ali zirvələrdən gəldiyini qeyd edib. Məhəmməd müəllimin 75 illik yubileyinin belə yüksək səviyyədə qeyd olunmasını onun timsalında bütün təqaüddə olan müəllimlərə göstərilən qayğının, verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib, bu nəcib təşəbbüsünə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Kənd ağsaqqalı Abdulla Məmmədov çıxış edərək yubilyarı təbrik edib, ona cansağlığı arzulayıb. Ziyalıya, müəllim əməyinə verdiyi yüksək dəyərə görə rayon rəhbərliyinə kənd sakinləri adından minnətdarlığını çatdırıb. Bugünkü tədbiri Yuxarı Salahlı kəndinin ziyalılarına, sakinlərinə göstərilən qayğının, səmimi münasibətin əyani sübutu kimi dəyərləndirib.

Tədbirdə Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, təqaüddə olan müəllim Vəkilov Məhəmməd Məmməd oğlu anadan olmasının 75 illiyi münasibətilə və rayonun ictimai həyatında fərqləndiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. İcra başçısı Fəxri Fərmanı və hədiyyəni yubilyara təqdim edərək bir daha səmimi arzularını çatdırıb.

Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri də sazda səslənən aşıq havası və şeir töhfəsi ilə yubilyara təbriklərini çatdırıblar.

Yubilyar Məhəmməd Vəkilov çıxış edərək əlamətdar gündə, yubileyində onu unutmadığına, əməyinə verilən yüksək dəyərə, qiymətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Vaxtilə çalışdığı məktəbdə olan bugünkü görüşü, yubiley tədbirini özünün timsalında bütövlükdə, müəllim əməyinə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib. İlk gündən təhsil sahəsinə, bu sahədə çalışan insanlara olan qayğını bu gün də hiss etdiyini söyləyib. Bugünkü görüşün yaddaşına ən ülvi hisslərlə yazıldığını qeyd edən yubilyar buna görə bir daha minnətdarlıq edib.

Sonra rayon rəhbərliyi iştirakçılarla xatirə şəkli çəkdirib.

Məlumat üçün qeyd edək ki, Vəkilov Məhəmməd Məmməd oğlu 8 mart 1950-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1957-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1967-ci ildə həmin məktəbin 11 illik təhsilini başa vurmuşdur. Elə həmin ildə Pedaqoji Akademiyanın tarix fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Akademiyanı bitirib Daşkəsən rayonun Xaçbulaq (indiki Xoşbulaq) kəndinə tarix müəllimi təyin olunmuşdur. 1971-1972-ci illərdə Sovet qoşunlarının Almaniya olan hissəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra yenidən Xaçbulaq (indiki Xoşbulaq) kəndində müəllim kimi fəaliyyətini davam etdirmişdir. 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd tam orta məktəbinə tarix müəllimi təyin olunmuş və 2015-ci ilə qədər həmin məktəbdə fəaliyyət göstərmişdir. 1980-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var. Hazırda təqaüdçüdür.

Poliqon.info

Chosen
39
1
poliqon.info

2Sources