Dünya siyasətində növbəti aktual məsələ İranın nüvə proqramı ətrafında yaranacaq vəziyyət olacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
"Növbəti danışacağınız məsələ İrandır və onu nələr gözləyir. Maraqlı günlər qarşıdadır, sizə deyə biləcəyim tək şey budur", - o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Trampın fikrincə, maraqlı vaxt gəlib çatıb:
“Nə olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox tezliklə nə isə baş verəcək. Ümid edək ki, biz sülh razılaşmasına nail ola bilərik”.
"Cebheinfo.az"