Xəbər verdiyimiz kimi, Siyəzən rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.
Referans.az xəbər verir ki, Baku TV-də diyetoloq Leyla Zülfüqarlı ilə bu cür arıqlama üsullarının ziyanları müzakirə edilib.
O qeyd edib ki, sosial şəbəkələrdə bu üsulların təbliğ olunması halları artıb.
“Zəncəfil təzyiqi anında salır, selikli qişada problem yaradır. Çox faydalı bitkidir, dərman qədər təsirlidir. Amma artıq dozada istifadəsi fəsadlara yol aça bilər”, – deyə o qeyd edib.