EN

Mehriban Əliyeva öz fəaliyyəti ilə göstərir ki, qadın zərifliyi və gücü bir arada ola bilər



Bu gün Azərbaycan qadınının cəmiyyətimizdə oynadığı mühüm rolu, onların ailədə, iş həyatında, elmdə, mədəniyyətdə və ictimai fəaliyyət sahəsində göstərdiyi əvəzsiz töhfələri qeyd edirik.

Xüsusilə, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın misilsiz fəaliyyəti, insanlara, xüsusilə də qadınlara və uşaqlara göstərdiyi qayğı, onun ölkəmizin inkişafına verdiyi töhfələr hər birimiz üçün örnəkdir. Mehriban xanımın rəhbərlik etdiyi humanitar layihələr, sosial rifahın gücləndirilməsi istiqamətində atılan addımlar, mədəni irsimizin qorunması və təhsilin inkişafına verdiyi dəstək, Azərbaycan qadınının cəmiyyətdə daha da güclənməsinə böyük töhfə verir.

Mehriban Əliyeva öz fəaliyyəti ilə göstərir ki, qadın zərifliyi və gücü bir arada ola bilər. O, humanizmi, mərhəməti və ədaləti ilə cəmiyyətimizdə və beynəlxalq arenada böyük nüfuz qazanıb.
Bu əlamətdar gündə bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik! Arzu edirik ki, hər bir qadın sevgi, hörmət və dəyərlə əhatə olunsun, uğurlarınız daim bol olsun!

Jalə Əhmədova
Chosen
20
newscenter.az

1Sources