...İran Dağıstanda təsirini artırır və “yumşaq güc”dən istifadə edir. İranın regionda artan nüfuzu respublika ilə ticarət dövriyyəsinin artması ilə bağlıdır - Ukraynada müharibə başlayandan bu yana üç dəfədən çox artıb.
SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, Treadstone 71 tədqiqatçılarının hesabatına əsasən, İran Dağıstan limanlarından öz pilotsuz təyyarə və sursatlarını satmaq üçün istifadə edir.Xəzər dənizi və Dağıstandakı limanlar sanksiyalardan yayınmaq üçün İranın logistika şəbəkəsinin əsas həlqəsinə çevrilib və İran gəmiçilik, eləcə də neft şirkətlərinin maraqları üçün istifadə olunur.
Dərin sulu Mahaçqala dəniz ticarət limanı İranın Fars körfəzindəki Qeşm adasına gedən marşrutda strateji rol oynayır. İranın “Pars Golden Sky” aviaşirkətinin nümayəndələri də 2023-cü ildə bu regionda logistikanın inkişaf etdirilməsi təklifini irəli sürüb, Dağıstanda hava qovşağının yaradılmasını müzakirə ediblər.
...İddialara görə, İran regionda təsirini genişləndirmək üçün din və təhsildən fəal şəkildə istifadə edir, İslam mərkəzlərini və dilini təbliğ edir.
İranda hakim islam hərəkatı olan şiəliyə dağıstanlıların cəmi 5 faizi etiqad edir. Bununla belə, “Special Eurasia”nın analitikləri hesab edirlər ki, şiə hərəkatı Rusiyada strateji təsir aləti olaraq qalır.
Mahaçqala və digər bölgələrdə “Əhli-Beyt” şiə birliyi fəaliyyət göstərir. Dağıstan, Çeçenistan və Stavropol diyarında dini mərkəzlər, universitetlər və kitabxanalar vasitəsilə İran ədəbiyyatı və jurnallarını yayır.
Dağıstan Dövlət Universiteti həmçinin İran nümayəndəliyi, İbn Sina Fondu, Tehran, Gilan və Alame Tabatabai universitetləri ilə əməkdaşlıq edir.
Müqavilələr fars dilinin populyarlaşdırılmasını və müəllimlərin mübadiləsini nəzərdə tutur.
Əli Babayev