Paytaxtda itkin düşən Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə 1news.az-ın Facebook sosial şəbəkəsindəki səhifəsində qadının qızı Anna Əhmədova məlumat verib.
Onun sözlərinə görə, T.Qordeyeva Səməd Vurğun parkında Səbinə adlı qadın tərəfindən tapılıb.
Qeyd edək ki, Qordeyeva 1990-2000-ci illərdə Əsgər Anaları Komitəsinin sədr müavini, tanınmış azərbaycanlı hüquq müdafiəçisi.
Bizim.Media