…Hər il keçirilən “Women's World Car Of The Year”
(Qadınlar arasında ilin avtomobili)müsabiqənin qalibi müəyyənləşib.
SİA-nın məlumatına görə, bu Hyundai Santa Fe ailə krossoveridir.Bu barədə kampaniyanın İnstaqram səhifəsində məlumat verilib.
Deməli, qalib 81 yarışan model arasından seçilib. Mükafat ənənəvi olaraq 8 Mart Beynəlxalq Qadın Hüquqları Günündə təqdim olunacaq.
Yeni Hyundai Santa Fe də qadınlar üçün ən yaxşı iri krossover seçilib.
Artıq bir sıra mükafat nominasiyaları üzrə qaliblər elan olunub:
-ən yaxşı şəhər avtomobili - Mini Cooper;
-ən yaxşı iri avtomobil - Audi A6 e-tron;
-ən yaxşı idman avtomobili - Porsche Panamera;
-ən yaxşı kompakt krossover - Kia EV3;
-ən yaxşı SUV/Pikap - Toyota Land Cruiser Prado.
Xatırladaq ki, Qadın Dünyasında İlin Avtomobili müsabiqəsi 2010-cu ildən keçirilir. İlin ən yaxşı qadın avtomobilləri 55 ölkəni təmsil edən 82 avtomobil jurnalistindən ibarət münsiflər heyəti tərəfindən seçilir.
Ötən il qalib Kia EV9 elektrik krossoveri olub.
Nazlı Almuradova