EN

Masallılı idmançı beşqat dünya çempionudur

Masallılı idmançı beşqat dünya çempionudur

 

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Döyüş Növləri üzrə İMAO dünya çempionatında (26-28 fevral) Rəşid Rəşidli növbəti dəfə möhtəşəm uğura imza atıb.
20-dən çox ölkənin iştirak etdiyi yarışda bütün döyüşlərdə rəqiblərindən üstün olan idmançımız final mərhələsinə yüksəlməyi bacarıb.
Həlledici görüşdə rəqibini ikinci raundda texniki nokauta salan Rəşid döyüşdən qalib ayrılaraq dünya çempionu adına sahib olub.
Məlumat üçün bildirək ki, Rəşidli Rəşid Rəssam oğlu 1993-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1999-cu ildən “Karate-Do” idman növü ilə məşğul olmağa başlayıb. İlk uğurunu Bakı şəhərində - Xətai rayonu 59 saylı tam orta məktəbində oxuyarkan qazanıb. 2005-ci ilə kimi respublika yarışlarında iştrak edib. 2008-ci ildən “Kinq-boksinq” idman növü ilə məşğul olub, respublika çempionatında və Bakı birinciliyində uğurlu nəticələr əldə edib. 2011-ci ildə Gürcüstan Respublikasında “Kinq-boksinq” üzrə keçirilən Beynəlxalq turnirin, 2012-ci ildə Türkiyədə keçirilən Dünya çempionatının, 2014-cü ildə ildə Gürcüstanda “K-1” versiyası üzrə,, 2014-cü ildə Ukraynada “Muay-tay” versiyası üzrə keçirilən beynəlxalq turinirlərin qalibi olub. 2017-2018-ci illərdə ölkəmizdə keçirilən Dünya çempionatlarında çempion adını qazanıb. 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Budo” döyüşü üzrə keçirilən Beynəlxalq turnirin, 2021-ci ildə Azərbaycanda peşəkar liqa yarışının qalibi olub. Elə həmin il Türkiyənin Antaliya şəhərində Tay-Kinq Valotudo döyüş növü üzrə keçirilən Dünya çempionatının qızıl, 13-14 may 2022-ci il tarixində yenə də qardaş ölkədə Tay-Kik Federasiyası tərəfindən təşkil olunan “Fərman Korkutan” peşəkar liqa döyüş üzrə dünya çempionatında gümüş medala sahiblənib.
O, hazırda AZAL Aviasiya Təhlükəsizlik Xidmətinin əməliyyat üzrə böyük inspektoru vəzifəsində çalışır. Ailəlidir iki övladı var.

 

Akif AĞAYEV

Chosen
43
qht.az

1Sources