EN

“Putin çox səxavətlidir” - Tramp

“Bütün kartlar Rusiyanın əlindədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada deyərək, Ukrayna ilə razılaşmanın çətin olduğunu bildirib.

O, Rusiya ilə razılaşmanın daha asan olduğunu və Rusiya Prezidenti Vladimir Putinin sülh əldə etmək niyyətinə inandığını vurğulayıb.

 “Mən inanıram. Düşünürəm ki, biz Rusiya ilə yaxşı işləyirik. Son həll üçün Rusiya ilə əlaqə qurmaq daha asan ola bilər, bu təəccüblüdür, çünki onlar bütün kartları əlində saxlayır”.

Tramp ABŞ-nin hərbi yardımı dayandırdığı bir vaxtda Putinin Ukraynadakı vəziyyətdən sui-istifadə etməsinə inanmadığını deyib və əlavə edib:

“Onun yerində kim olsa, eynisini edərdi. Putin lazım olduğundan daha səxavətlidir. Əgər Ukrayna hakimiyyəti həll yolu istəməsə, biz oradan ayrılacağıq. Amma bu barədə düşünməzdən öncə müharibəni bitirmək istəyirəm”.

Chosen
10
50
qafqazinfo.az

10Sources