Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Maynts”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qonaqlar inamlı qələbəyə seviniblər.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
25-ci tur
7 mart
Borussiya (Mönhenqladbax) – Maynts 1:3
Qollar: Layner, 73 – Nebel, 39. Köhr, 49. Amiri, 77.
8 mart
18:30. Bayer – Verder
18:30. Bayern – Boxum
18:30. Borussiya (Dortmund) – Auqsburq
18:30. Holştayn – Ştutqart
18:30. Volfsburq – Sankt Pauli
21:30. Frayburq – Leypsiq
9 mart
18:30. Ayntraxt – Union Berlin
20:30. Hoffenhaym – Haydenhaym