EN

Avtomobil təmiri sexində ali təhsilli QADIN

İzmirdə Meryem Qarip adlı qadının avtomobil sexində usta olaraq çalışması böyük marağa səbəb olub.

News24.az bildirir ki, atasının peşəsini davam etdirən 27 yaşlı qız  3 universiteti bitirdiyi diplomların yanına magistr attestatını da qoyub. O, müştərilərin qarşılarında bir qadın usta görüb çox təəccübləndiklərini və işi daha vasvasılıqla yerinə yetirdikləri üçün müştəri məmnuniyyətinin də daha yaxşı olduğunu söyləyib.

Meryem Qarip 2019-cu ildə İzmir İqtisad Universitetində Radio və Televiziya Proqramlaşdırması üzrə önlisans proqramını bitirmiş, daha sonra İstanbul Universiteti Açıq və Distant Təhsil Fakültəsinin Sosiologiya fakültəsini və Atatürk Universiteti Açıq Təhsil Fakültəsinin İctimaiyyətlə Əlaqələr və Tanıtım şöbəsini bitirib. 

Universitetdə təhsil alarkən atasının sənaye sahəsindəki təmir sexində bu peşəyə maraq göstərən Qarip orada şagird kimi başlayıb və ustalığa yüksəlib. 

Hazırda dünyaca məşhur bir avtomobil markasının səlahiyyətli xidmətində mexanik işləyən Meryem Qarip həm iş yerinə gələn müştərilərin, həm də iş yerinin sevimli ustalarından birinə çevrilib.

Zəhraxanım Şeydayeva

Chosen
14
news24.az

1Sources