“Real”ın futbolçusu Kilian Mbappe PSJ-də argentinalı forvard Lionel Messi və braziliyalı hücumçu Neymarla birlikdə oynamasından danışıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, fransalı forvard Çempionlar Liqasını qazana bilməmələrinə baxmayaraq, bir çox uşağın kumirləri olduqlarını söyləyib:
“Biz yalnız “PlayStation”da tapa biləcəyiniz oyunçuları bir araya gətirdik. Bəli, Çempionlar Liqasını qazana bilmədik, ancaq bir çox uşağın kumirləri olduq”.
Mbappe yay transfer pəncərəsində PSJ-dən ayrılıb və “Real”la 2029-cu ilə qədər olan müqavilə imzalayıb. Messi 2023-cü ildə PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçib.
Həmin ildə PSJ-dən ayrılaraq “Əl-Hilal”ın sıralarına qoşulan Neymar isə bu qış “Santos”la müqavilə imzalayıb.