EN

Qənirə Ataşovadan daha bir iddia – Tanınmış həkim vergidən yayınır? – FOTO, VİDEO

Azərbaycanda fəaliyyət göstərən və həkim kimi tanınan, lakin tibb diplomu olmadığı iddia olunan Musa Kılıçın vergidən yayınması ilə bağlı ciddi iddialar irəli sürülüb.

Dergi.az xəbər verir ki, jurnalist Qənirə Ataşova tərəfindən sosial şəbəkədə paylaşılmış məlumatda, Kılıçın işlədiyi İstanbul NS Klinikası və Medera Hospitalda pasiyent qəbulu zamanı qeyri-rəsmi əməliyyatlar həyata keçirildiyi qeyd edilib.

Məlumatda bildirilir ki, pasiyentlərin yalnız seçilmiş bir-iki nəfəri reception vasitəsilə rəsmi şəkildə qəbul edilir, digərləri isə ödənişlərini qəbz təqdim edilmədən, qeyri-rəsmi şəkildə həyata keçirirlər. Həmçinin, Musa Kılıçın işlərinə nəzarət edən şəxs olaraq onun arvadı Elmira Tartarashvilinin adı qeyd edilib.

Əldə olunan məlumatlara görə, Musa Kılıçın aylıq gəliri təxminən 60,000 manat civarındadır. Lakin bu gəlirin nə dərəcədə rəsmi uçota alındığı və vergiyə cəlb edilib-edilmədiyi barədə suallar yaranıb. Məlumat verən şəxslər, Kılıçın çalışdığı klinikalarda istifadə edilən xüsusi daxili proqramın, vergi yoxlamaları zamanı yalnız rəsmi sənədləşdirilmiş gəlirləri göstərdiyini, qalan gəlirin isə gizlədildiyini bildiriblər.

Məlumatda həmçinin, bəzi özəl klinikalarda istifadə olunan proqram təminatlarının iki hissəyə bölündüyü – “ağ hissə”nin rəsmi gəlirləri, “qara hissə”nin isə gizlədilən və vergidən yayınan gəlirləri əks etdirdiyi vurğulanıb. Bu proqramların təhlil edilməsi halında, gizlədilən gəlir və vergi borclarının ortaya çıxacağı qeyd edilir.

Jurnalist məsələ ilə bağlı Vergilər Nazirliyinin müvafiq yoxlamalar aparması və klinikaların istifadə etdiyi proqramların daxili mexanizmlərini araşdırması tövsiyə edib. O, qeyd edib ki, bu, vergidən yayınan gəlirlərin aşkar edilməsi üçün əsaslı bir addım ola bilər.

Jurnalist, məlumatların doğru olub-olmaması barədə rəy bildirmədiyini və yalnız iddiaları ictimaiyyətə təqdim etdiyini açıqlayıb. O, həmçinin oxuculardan qəbz almadan qəbul edilən pasiyentlərin məlumatlarını paylaşmalarını xahiş edib.

https://dergi.az/wp-content/uploads/2025/03/aqnmi8xpjnu4l5h8z_3vk5v9tin7koufqgxqblfc0gxckihkmbr7kahcjf0vjh4ndaktfpblrijhgb1hrg05yzl8vsv6emqufdzintw.mp4

Chosen
42
dergi.az

1Sources