EN

Azərbaycan və Tunis arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

8 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT)Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakıçərçivəsində Tunis Respublikasının xarici işlər, immiqrasiya, vəxaricdəki tunislilər naziri Məhəmməd Əli Əl-Nafti ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan və Tunis arasındaikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirəolunub.

Ortaq dini və mədəni köklərlə bağlı olan ölkələrimiz arasındamüxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti,habelə bu istiqamətdə geniş potensialın mövcud olduğu qeydedilib.

Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşməmexanizminin yaradılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan iləTunis arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT,İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalıəməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
33
4
az.trend.az

5Sources