EN

Yük maşını evə çırpıldı: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, Oxu.az-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Shacman" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb.

Qəza zamanı yük maşını aşıb, yük yerində olan torpaq əraziyə dağılıb. Həmçinin evin hasarı uçub. Yük maşınının evin hasarına çırpılması zamanı bir nəfər yüngül xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevr etməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
5
9
azreform.info

10Sources