EN

Rusiyanın Ukraynaya təcavüzü fonunda atəşkəs nidaları



Üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi daha mürəkkəb və çətin dövrə qədəm qoyur. Donald Tramp Kiyev və Moskvanı kompromisə getməyə və bu münaqişəni sonlandırmağa çalışır. Onun üçün bu müharibə əsas məqsədləri qarşısında bir maneədir.

Proseslərə həm Ukrayna, həm də Rusiya kontekstində baxmaqda fayda var.

Ukraynanın vəziyyəti bəllidir. Hər ötən gün çox sayda canlı qüvvə itirilir, işğal olunan ərazilərin miqyası genişlənir və ölkənin xarici qüvvələrdən asılılığı daha da artır.

Baxmayaraq ki, gərgin əhval-ruhiyyədə keçən Tramp-Zeliniski görüşündən sonra Avropa dövlətləri məsələ ilə bağlı öz mövqeyini ortaya qoyur və mövcud şərtlərlə razılaşmayaraq hələ də münaqişənin davam etməsini, Rusiyanın daha da zəifləməsini istəyir. Lakin, mövcud reallıqlar ondan ibarətdir ki, hal hazırda onların Ukraynaya təhlükəsizlik zəmanəti verə biləcək bir potensialı yoxdur.

Düzdür ümumi nəzər yetirdikdə Avropanın iqtisadi potensialı təxminən 20 trilyon dollar həcmindədir və insan ressurları 3 dəfə Rusiyadan artıqdır. Ancaq bunları optimallaşdırmaq üçün zamana və yeni bir nəfəsə ehtiyac var. Bu isə qardaş Türkiyə Cümhuriyyətidir.

Rusiya üçün də vəziyyət o qədər ürəkaçan deyil. Kreml keçən müddət ərzində çox böyük itkilər verib, ordusunun onurğa sütunu olan elit hərbi birləşmələrin əksəriyyəti məhv edilib və iqtisadi çətinliklər fonunda Çindən aslı vəziyyətə düşüb.

Hazırda Moskva və Pekin münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olsa da, ruslar SSRİ - nin dağılmasında Çin faktorunu yaxşı xatırlayır və onlara o qədər də etibar etmir.

Bununla yanaşı, Rusiya üç illik ağır itkilər fonunda hələ də özününküləşdirdiyi dörd vilayətin tamamını ələ keçirə bilməyib. Belə olduğu təqdirdə Trampın tələbləri çərçivəsində atəşkəs olacaqsa rus cəmiyyətinin hakimiyyətə ünvanlayacağı sullar daha da artacaq.

Pərviz Mirizadə, siyasi şərhçi
Chosen
21
newscenter.az

1Sources