Polşa Ekstraklasasında XXIV turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” səfərdə “Krakovia”nı məğlub edib.
Rahil bu görüşün iştirak ərizəsində yer almayıb. Renat isə matça ehtiyat oyuçular skamyasında başlayıb, 54-cü dəqiqədə Roberto Alveşin yerinə meydana daxil olub. 25 yaşlı forvard yeni klubunda çıxdığı ardıcıl 2-ci matçda da fərqlənməklə, komandasına qələbə qazandırıb.
“Radomiak” 28 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Polşa Ekstraklasası
XXIV Tur
8 mart
Krakovia – Radomiak 1:2
Qollar: M.Mayqard, 12 – R.Volski, 51, R.Dadaşov, 90+1